İspaniya çempionatının 31-ci turunda "Barselona" evdə "Espanyol"u 4:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu matç Kataloniya təmsilçisinin vingeri Lamin Yamal üçün əlamətdar olub.

 

Qarşılaşmada bir qol, iki məhsuldar ötürmə ilə yadda qalan Yamal La Liqada 100-cü oyununu keçirib. O, bu göstəriciyə 18 yaş 272 günlüyündə çatıb. Bununla da vinger, La Liqada 100-cü matçına 19 yaş 284 günlüyündə çıxan "Real" hücumçusu Raulun rekordunu yeniləyib.

 

Bu göstəriciyə çatan digər beş ən gənc oyunçu arasında İker Muniain (19 yaş 293 gün), Xoseba Eçeberriya (20 yaş 177 gün) və Boyan Krkiç (20 yaş 203 gün) yer alıb.