"Brentford"un hücumçusu İqor Tiaqo İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"la oyunda qol vurmaqla adını tarixə yazdırıb. Sport24.az xəbər verir ki, Tiaqo oyunun üçüncü dəqiqəsində penaltidən fərqlənib.

 

Bununla o, cari mövsümdə 20-ci qolunu vurub və Premyer Liqa tarixində bu naliyyətə imza atan ilk braziliyalı olub.

 

Bu günədək İngiltərə çempionatında heç bir braziliyalı bir mövsümdə 15-dən çox qol vurmamışdı.

 

Qeyd edək ki, hücumçu bombardilir yarışında "Mançester Siti"nin hücumçusu Erlinq Halanddan sonra ikinci yerdədir. Norveçli hücumçunun aktivində 22 qol var.