Almaniya Bundesliqasının 29-cu turunda səfərdə "Sankt-Pauli"ni 5 cavabsız qolla məğlub edən "Bavariya" tarixi rekorda imza atıb. Sport24.az xəbər verir ki, Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu mövsüm Bundesliqada ümumi qol sayını 105-ə çatdırıb.

 

Bununla da "Bavariya" 1971/1972 mövsümündə qeydə alınan 101 qolluq tarixi klub rekordunu qırıb.

 

Qeyd edək ki, xallarının sayını 76-ya yüksəldən Münhen klubu liderliyini davam etdirir. Çempionatın bitməsinə 5 tur qalmış onlar ən yaxın izləyiciləri Dortmund "Borussiya"sını 12 xal qabaqlayırlar.