"Real" keçmiş yarımmüdafiəçisi Toni Kroosu kluba qaytarmağa çalışır. Sport24.az "AS"-a istinadən xəbər verir ki, "Kral klubu" dünya çempionunun idman strukturinda təmsil olunmasını istəyir.

 

Mənbənin sözlərinə görə, İspaniya nəhəngi Kroosun vəzifəsindən asılı olmayaraq, klubun inkişafına töhfə verəcəyinə inanır. "Real"ın prezidenti Florentino Peresin keçmiş oyunçunun geri qayıtması üçün şəxsən çalışdığı, lakin əməkdaşlığın təfərrüatlarının hələ dəqiqləşdirilmədiyi vurğulanır.

 

Qeyd edək ki, Kroos 2014-cü ildən 2024-cü ilə qədər "Los Blancos"da oynayıb. Bu müddət ərzində yarımmüdafiəçi beş dəfə Çempionlar Liqasını, dörd dəfə isə İspaniya liqasının qazanıb.