"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Kasado Hansi Flikin rəhbərliyi altında start heyətindəki yerini itirdiyi üçün artıq "Kamp Nou"da oynamağa davam etmək istəmir. Hesabatda həmçinin qeyd olunur ki, yarımmüdafiəçi klubun müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırmasından narazı qalıb.

 

Kasadonun ehtimal olunan hədəfi Səudiyyə Ərəbistanıdır. Yarımmüdafiəçi La Liqada qalmayacaq və ya başqa Avropa klubuna keçməyəcək.