"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün sonuncu oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "bayquşlar" 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" komandası ilə qarşılaşacaq.

 

Görüşə saat 13:00-da start veriləcək.


U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzub – 60:67.