"Barselona"nın hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərarını nə vaxt verəcəyi açıqlanıb. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubunun hücumçusunun agent Pini Zahavi bu həftə "Barselona" rəhbərliyi ilə görüşüb və 37 yaşlı futbolçunun mümkün müqaviləsinin uzadılmasını müzakirə edib.

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu oyunçunun müqaviləsini maaşının əhəmiyyətli dərəcədə azaldılması şərtilə bir mövsüm uzatmağa hazırdır.

 

Qeyd edək ki, Levandovskinin "Milan", "Yuventus", "Çikaqo Fayr" və bir neçə Səudiyyə Ərəbistanı klubundan da təklifləri var. Polşalı hücumçu karyerası üçün bütün variantları nəzərdən keçirib aprelin sonuna qədər yekun qərar vermək niyyətindədir.