Bosniya və Herseqovina milli komandasının 40 yaşlı forvardı Edin Dzeko ölkəsinə geri qayıtmağı planlaşdırır. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu DÇ-2026-dan sonra milli karyerasını, bir mövsüm sonra isə aktiv futbolçu karyerasını yekunlaşdırmağı düşünür.

 

Hazırda "Şalke"nin formasını geyinən Edin karyerasını onun üçün doğma sayılan "Jelezniçar"da bitirmək niyyətindədir. Belə ki, bosniyalı yayda keçiriləcək dünya çempionatından sonra "Jelezniçar"la bir illik müqavilə imzalayacaq. Onun "Şalke" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 


"Jelezniçar"ın yetirməsi və sabiq futbolçusu olmuş Dzeko "Teplitse", "Usti nad Labem", "Volfsburq", "Mançester Siti", "Roma", "İnter", "Fənərbaxça" və "Fiorentina" klublarında oynayıb.