Azərbaycanı FIBA Avropa Kubokunun əsas mərhələsində təmsil edəcək "Neftçi" komandanın kapitanı olan Amil Həmzəyevlə müqaviləni daha bir mövsüm uzadıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

 

Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev "ağ-qaralar"ın heyətinə cəlb olunub.

 

Qeyd edək ki, Əkbər Məmmədov Azərbaycan millisinin üzvüdür, son klubu NTD olub. Fikrət Ələkbərov 20 yaşlılardan ibarət yığmada çıxış edib. O, son mövsümü "Quba"da keçirib. Ağa Ağayev isə 16 yaşlılardan ibarət milli komandamızın üzvüdür.