Yeni mövsümdə Azərbaycanı Avropa kubokunda təmsil edəcək "Abşeron Lions" basketbolçusu İsmayıl Abdullayevlə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Gənc və perspektivli oyunçulardan hesab olunan Abdullayev yeni mövsümdə də "Abşeron Lions" formasını geyinəcək.