"Abşeron Lions" heyətini azərbaycanlı basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Nicat Məmmədli ilə 1 illik müqavilə bağlanıb.

 

Ötən mövsümü "Sərhədçi" klubunda keçirən basketbolçu daha əvvəl "Abşeron Lions"un (sabiq "AAF Xırdalan" və "Xırdalan) formasını geyinib.