Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb. Sport24.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, o, 16 yaşadək oğlanlar arasında turnirin yarımfinal mərhələsinin Litva – İtaliya matçının baş hakimi olacaq.

 

Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.