Ölkənin qanuni idman mərc oyunları operatoru "Misli" yeni mövsümdə futbol və basketbol həvəskarları üçün oyunçu xüsusi mərclərində yeniliklər təqdim edir. Artıq oyunçu xüsusi mərcləri daha çox oyuna və seçim növünə şamil olunur. Sport24.az xəbər verir ki, yeniliklərə əsasən, xüsusi futbol mərclərində mərc edilən oyunçu ehtiyatda qalarsa, mərc 1.00 əmsalla hesablanacaq.
Oyunçu sonradan oyuna daxil olsa belə, bütün mərclər 1.00 əmsal kimi qiymətləndiriləcək. Üstəlik, əlavə vaxtlarda (90+ və 120+) vurulan qollar da nəzərə alınacaq. Bəzi mərc növləri isə istisnadır.
Futbol ilə yanaşı, basketbol oyunlarında da oyunçu statistikalarına mərc etmək mümkündür. Artıq basketbol oyunlarında oyunçu xalları, ribaundları, assistləri, top alma, bloklama və 3 xallıq atışlar üzrə də mərc etmək olar.
Yeniliklər barədə daha ətraflı məlumatı misli.az səhifəsində mərc seçimlərinin "Məlumat" bölməsinə daxil olub əldə etmək olar.