"Mövsümün ilk oyunu həmişə çətin keçir. Yoxlama matçlarını nə qədər rəsmi oyunlar kimi oynamaq istəsən də, eyni effekti ala bilmirsən". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi komandanın formaya düşməsi üçün vaxt lazım olduğunu bildirib:
"Komandanın tam formaya düşməsi üçün 2-3 oyuna ehtiyac var. İlk rəsmi görüşdə səfərdə bir xal qazandıq, amma qalib gəlməyə yaxın idik. Çoxsaylı qol epizodlarımız oldu və ilk oyunun həyəcanına görə fürsətləri dəyərləndirə bilmədik. Əsas məsələ bunun digər matçlarda təkrarlanmamasıdır. İki xal itirdik və ya bir xal qazandıq? Bunu belə təsvir etmək istəməzdim. Əsas komandanın aktivinə bir xal yazıldı. Nəticəni ilk oyun üçün pis hesab etmirəm. Klubun strategiyası belədir ki, heyətə gənc futbolçuları cəlb etmişik. Bu mövsümdə onların qazanacağı təcrübə növbəti mövsüm üçün bizə daha yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün çox kömək olacaq. Mümkün qədər daha yuxarı pillədə qərarlaşmağa çalışacağıq və əsas məqsədimiz gənc futbolçulara təcrübə qazandırmaqdır".
Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının ilk turunda"Karvan-Yevlax"la bərabərliyə razılaşıb. 1:1