Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

 

Azərbaycan çempionu "Qarabağ" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq. Digər görüşlər isə Serbiya və Şotlandiyada keçiriləcək.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

19 avqust

 

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)

23:00. "Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)

23:00. "Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)

 

Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 20-də keçiriləcək.