"Real"ın vingeri Junior DÇ-2026-nın seçmə mərhələsində Braziliya yığmasının qarşıdakı oyunlarını buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Braziliyalılar sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə qarşılaşacaq.
Mənbənin sözlərinə görə, baş məşqçi Karlo Ançelotti futbolçuya istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, Braziliya artıq dünya çempionatına vəsiqəni təmin edib. Ançelottinin komandası Cənubi Amerikanın seçmə mərhələsində turnir cədvəlində üçüncüdür.