"Neftçi"nin futbolçusu Aleks Fernandeşi Peşəkar Futbol Liqasının iştirak ərizəsinə daxil etməməsinin səbəbi bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, buna braziliyalı oyunçunun icarə müqaviləsinin dekabrda başa çatması səbəb olub.

Paytaxt təmsilçisinin rəhbərliyi oyunçusunun qarşısına şərt qoyub. Onun müqavilə ilə məxsus olduğu "Baltika" klubu sözləşmənin yayadək artırılmasına razıdır.

Fernandeş də bunu istəsə, matçlar üçün sifariş olunacaq və ya "Neftçi" onunla vidalaşacaq.