"Mançester Siti"nin müdafiəçisi Manuel Akanci karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano social şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 30 yaşlı isveçrəli ilə "Qalatasaray" maraqlanır. Artıq tərəflər müdafiəçinin transferi ilə bağlı danışıq aparır.

 

Qeyd edək ki, Akanci 2024/25 mövsümündə 40 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.