"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın 17-ci turu çərçivəsində baş tutacaq "Vilyarreal" - "Barselona" matçının ABŞ-də keçirilməsi ilə bağlı klubun mövqeyini dəstəkləyib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı "Diario AS" nəşrinə açıqlama verib:

 

"Klubun açıqlaması ilə tam razıyam. Qaydalar dəyişdirilərsə, bunu bütün iştirakçılar yekdilliklə etməlidir. İndi belə deyil".

 

Qeyd edək ki, bundan əvvəl "Real" "Barselona"nın çempionat matçının ABŞ-də keçirilməsinə qarşı çıxıb.