16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qüvvəssini sınayıb. Sport24.az xəbər verir ki, millimiz "Qalatasaray"ın U-18 komandası ilə qarşılaşıb.

 

Daha üstün oyu nümayiş etdirən qızlarımız 57:50 hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, hazırlıq prosesi avqustun 18-dək davam edəcək.