Bu gün Gürcüstanda basketbol üzrə 16 yaşadək oğlanlar arasında Avropa çempionatının A divizionunda 1/4 final mərhələsi start götürəcək. Sport24.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Ələkbər Həsənovun yarışın önəmli oyunlarından birini idarə edəcək.

 

O, Sloveniya – Latviya matçında baş hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.