"Sabah" bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində cavab görüşünü keçirib. Sport24.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşçqisi olduğu klub "Levski"ni qəbul edib.

 

Qarşılaşma Bolqarıstan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Sabah" - "Levski" cütünün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.

 

UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu

 

20:00 "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan) 0:2

Qollar: Radoslav Kirilov, 40, Mazir Sula, 87

ilk oyun: 0:1