Bu gün beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov son oyununu idarə edərək karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

 

FİBA bayrağı altında Gürcüstanda keçirilən U-16 Avropa Çempionatının A divizionunda Sloveniya və İtaliya (79:71) arasında 3-cü yer uğrunda qarşılaşma Azərbaycan referisinin son görüşü olub.

 

Ələkbər Həsənov FİBA-nın gələcək yarışlarında artıq instruktor kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, o, hakimlik karyerasına 1995-ci ildə başlayıb və bu sahəyə 30 ilini həsr edib.