AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

 

Misli Premyer Liqasının I turunun "Karvan-Yevlax" – "Qəbələ" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün qonaq komanda 700 manat cərimələnib.

 

Qeyd edək ki, mövsümün açılış qarşılaşması bərabərliklə yekunlaşıb - 1:1.