UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən komandaların növbəti raunda vəsiqə qazanmaq ehtimalları açıqlanıb. Sport24.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində Liqa mərhələsində iştirak etməsi yüksək qiymətləndirilib.

"Köhlən atlar"ın əsas raunda yüksək ehtimalı 91 faiz olaraq göstərilib. Komandanın rəqibi olan Macarıstanın "Ferentsvaroş" kollektivində bu rəqəm 9 faizdir.

Qeyd edək ki, "Qarabağ" səfərdəki ilk qarşılaşmada 3:1 hesablı qələbə qazanıb. Bakıdakı cavab görüşü avqustun 27-də olacaq.