"Sabah" U-18 Azərbaycan millisinin basketbolçusu Hüseyn Qaflanovla heyətini gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Bayquş"lar 210 sm boya malik 17 yaşlı oyunçu ilə "2+1" şərti ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA School"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.