Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Podqoritsa şəhərində hazırlıq keçən yığmamız yenidən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

Oyun Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

Qeyd edək ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu milli srağagün bu rəqibi 1:0 hesabı ilə məğlub edib.