Baş məşqçi Samir Abasovun qərarına əsasən "Neftçi" futbolçuları Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.