Avqustun 28–29-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək. Sport24.az xəbər verir ki, yarışda 63 klub və idman cəmiyyətindən olan 322 idmançı (264 oğlan, 58 qız) mübarizə aparacaq.

 

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə cüdoçular 18 çəkidə güclərini sınayacaqlar.

 

Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.