"Qarabağ" Misli Premyer Liqasının II turunda "Azersun Arena"da "Sumqayıt"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, oyunun biletləri bu gün saat 14:00-dan etibarən satışa çıxıb.

 

Satış məntəqələri:

 

iTicket.az-da onlayn satış;

 

Oyun günü isə iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassası;

 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması 22 avqust tarixində saat 19:30-da baş tutacaq.