"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqanın debütantı Xəlil Mürsəllini rənglərinə bağlayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

19 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Xəlil Mürsəlli "Sabah"ın əvəzedici heyətindən "İmişli"yə qoşulub.