"Barselona" klubla müqaviləsi gələn ilin yayında başa çatan Frenki de Yonqla razılığa gəlib. Sport24.az xəbər verir ki, İspaniya çempionu niderlandlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.

 

Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

 

La Liqa nəhəngi de Yonqla 2+1 illik yeni sözləşmə imzalayacaq. 28 yaşlı oyunçunun maaşı azaldılacaq. Təcrübəli futbolçu yeni müqavilə ilə illik 9 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heeyətində meydana çıxdığı 56 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.