"Qalatasaray" müdafiəçi Viktor Nelssonu icarəyə verib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı futbolçunu İtaliyaya göndərib.

 

Nelsson 2025/2026 mövsümündə "Verona"nın formasını geyinəcək. A Seriyası klubu "Qalatasaray"a 650 min avro icarə haqqı ödəyəcək. İtalyanlar 8 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.

 

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"da çıxış edib.