Norveç millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İsraili qəbul edəcək. Sport24.az xəbər verir ki, Norveç Futbol Assosiasiyası İsraillə oyundan əldə edilən gəlirin Fələstin xalqına yardım üçün bağışlanacağını bəyan edib.
Qurumun prezidenti Lise Klaveness bununla bağlı fikirlərini bölüşüb: "Nə biz, nə də hər hansı digər təşkilat humanitar böhranla bağlı iztirablara və Qəzzanın mülki əhalisinin uzun müddətdir məruz qaldığı qeyri-mütənasib hücumlara biganə qala bilməz. Əldə olunan gəliri Qəzzada hər gün insanların həyatını xilas edən və yerlərdə aktiv təcili yardım göstərən humanitar təşkilata bağışlamaq istəyirik".