Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması bu gün Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, yığmamız yarımfinalda ABŞ-la qarşılaşacaq.

 

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək. 

 

Qeyd edək ki, millimiz pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda isə Almaniyanı (18:16) məğlub edib.