Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunun qrup mərhələsində sonuncu matçını keçirib. Sport24.az xəbər verir ki, komanda meydan sahibi Polşa millisi ilə üz-üzə gəlib.

 

Görüş millinin qələbəsiylə başa çatıb – 20:13.

 

Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda turnirin pley-in mərhələsinə vəsiqə qazanıb.

 

Bu nəticə ilə pley-in mərhələsinə vəsiqə qazanan milli 1/4 final uğrunda D qrupunun üçüncüsü ilə qarşılaşacaq.