"Aston Villa"nın qapıçısı Emiliano Martines karyerasını İtalya A Seriyasında davam etdirə bilər. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" argentinalı qapçını heyətinə qatmaq istəyir.
Mənbənin sözlərinə görə, Martinesin nümayəndələri son günlərdə Turin klubu ilə əlaqələri aktivləşdiriblər. Lakin transferin reallaşmasına mane olan əsas məqam futbolçunun maaşıdır. Sentyabr ayında 34 yaşı tamam olacaq qapıçının "Aston Villa" ilə 2029-cu ilin yayına qədər qüvvədə olan müqaviləsi var və o, ildə təxminən 7 milyon avro qazanır. Bu məbləğ isə Turin klubunun hazırkı maaş siyasətinə uyğun gəlmir.
Qeyd edək ki, maliyyə şərtləri ağır olsa da, "Yuventus" rəhbərliyi Emiliano Martinesi qapı xəttini gücləndirmək üçün ideal namizəd hesab edir və bu transferi reallaşdırmaq niyyətindədir.