"Bavariya" bu yay hücumçusu Maykl Olise üçün gələn təklifləri nəzərdən keçirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Münhen klubu fransız futbolçusu üçün 200 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.
Bir müddət əvvəl mətbuatda 24 yaşlı oyunçunun "Real"a qoşulmaq istəyi barədə xəbərlər yayılıb.
Qeyd edək ki, "Kral klubu"nun prezidenti Florentino Perez bazar günü keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, ulduz oyunçu üçün çərşənbə axşamı təklif verəcəyini bildirmişdi. Daha sonra məlum oldu ki, bu oyunçu Olise ola bilər.