Sabah Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada start götürən Dünya Kubokunda növbəti oyunlarına çıxacaq. Sport24.az xəbər verir ki, A qrupunda yer alan yığmamız əvvəlcə Çexiya ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.

 

Millimiz günün ikinci matçında isə Polşa seçməsi ilə qarşılaşacaq. Bu görüş saat 20:55-də başlayacaq.

 

Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.