Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması bu gün Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, millimiz 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib