Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda növbəti oyunlarına çıxacaq. Sport24.az xəbər verir ki, A qrupunda yer alan yığmamız əvvəlcə Çexiya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.

 

Günün ikinci matçında isə komandamız Polşa ilə qarşılaşacaq. Bu görüş saat 20:55-də başlayacaq.

 

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19. Turnirə iyunun 7-də yekun vurulacaq.