MBA ulduzlarından olan Kayri İrvinq müntəzəm olaraq tənqidlərə məruz qalmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, "Dallas”ın oyun qurucusu ona xarakteri ilə bağlı yönələn ittihamlarla qətiyyən razılaşmaq istəmir: “Məni oyunda 3 saat görürüsünüz və hər şey də onunla bitir. Sosial şəbəkələrdə paylaşımlara əsasən də məni axmaq adlandırırsınız. Məsələ bundadır. Verdiyiniz suallar da bundan ibarətdir: “Yayda nə edəcəksən? Bostonda nə baş verdi? Brukində nə oldu? Nə üçün Lebronu atıb getdim? Dürantı niyə tək qoydum? Elə bilirsiniz ki, mən paltardəyişmə otağının xərçəng xəstəliyiyəm. Sanki biz fərdi idman növü ilə məşğul oluruq və burada kimsə günahı öz üzərinə götürməlidir. Komandada 15 oyunçu var, amma siz düşünürsünüz ki, xərçəngin yaranmasına səbəb olan şiş mənəm. Ona görə də qəzəbli insanları məni nişan verir”.