UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də "Dariaus ir Gireno" stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları məlum olub. Sport24.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün əvvəl keçiriləcək:
Azərbaycan milli komandası
16:15 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
17:00 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq
Litva milli komandası
18:00 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
18:30 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər "Dariaus ir Gireno" stadionunda keçiriləcək.