UEFA Millətlər Liqasının D2 qrupunda keçiriləcək Litva – Azərbaycan oyununun təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Menelaos Antoniu baş hakim olacaq.
Ona yan xətt referiləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.
VAR-da Marios Kristoforu və Dimitris Solomu olacaq.
Qeyd edək ki, sentyabrın 27-də baş tutacaq oyuna saat 17:00-da start veriləcək.