Azərbaycanın qız basketbolçulardan ibarət U-16 və U-18 yığmaları İstanbulda təlim-məşq toplanışına start veriblər. Sport24.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz gün ərzində iki dəfə olmaqla, taktiki və fiziki hazırlıq keçirlər.

 

Qeyd edək ki, martın 28-dək davam edəcək toplanış prosesində bir neçə yoxlama oyununun da keçirilməsi planlaşdırılır.