UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Kayrat" və "Levski" komandaları üz-üzə gəlib. Sport24.az xəbər verir ki, Qazaxıstanın Türkistan şəhərində keçirilən görüş Bolqarıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
11 avqust
III təsnifat mərhələsi, cavab oyunu
"Kayrat" (Qazaxıstan) - "Levski" (Bolqarıstan) - 0:1
Qol: Reynaldo, 13
(İlk oyun - 0:1)
İlk oyunda da 1:0 hesabı ilə qalib gələn "Levski" iki oyunun nəticəsinə əsasən mərhələni adlayıb. Pley-off mərhələsində "Levski" Yunanıstanın AEK klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 18-də, cavab matçı isə avqustun 26-da keçiriləcək.
"Kayrat" isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda PAOK - "Anderlext" cütünün qalibi ilə üz-üzə gələcək.