İngiltərənin "Nottingem Forest" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa klubu "Sportinq"dən Usman Diomandeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Nottingem Forest" Diomande üçün Portuqaliya klubuna 40 milyon avro təzminat ödəyib. 22 yaşlı mərkəz müdafiəçisi ilə 4+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sportinq" Usman Diomandeni 2023-cü ilin yanvarında "Midyullann"dan 14,5 milyon avroya transfer etmişdi. Fil Dişi Sahili millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.