Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, ilk gündə iki matç baş tutacaq.
Norveçin "Brann" komandası Kiprdə "Apollon"un qonağı olacaq. Digər matçda Bolqarıstan təmsilçisi "ÇSKA 1948" Yunanıstan "Panatinaikos"u ilə üz-üzə gələcək.
Konfrans Liqasında digər oyunlar 12 və 13 avqustda olacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust
21:00 Apollon (Kipr) – Brann (Norveç)
İlk oyun 1:0
21:30 ÇSKA 1948 (Bolqarıstan) – Panatinaikos (Yunanıstan)
İlk oyun 1:1