"Barselona" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Rooni Barci zədələnib.

 

Çarpaz bağları zədələnən futbolçu azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

"Barselona" Roonini icarəyə verməyi planlaşdırırdı.

 

İsveçli futbolçu 2025-ci ildən kataloniyalılarda çıxış edir. O, ötən mövsüm La Liqada 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.