"Kəpəz" klubunun yay transfer dönəmində baş tutmayan keçidlərindən daha birinin detalları bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.


Gəncə təmsilçisi son olaraq "Araz-Naxçıvan"da çıxış etmiş Hamidu Keytanı heyətinə qatmaq istəyib. "Sarı-göylər" 31 yaşlı vingerə rəsmi təklif də göndərib.

 

Lakin fransalı futbolçu Gəncə klubunun təklifini geri çevirib. Keyta maaş məsələsində tərəflərin istəklərinin üst-üstə düşmədiyini bildirib.

 

Qeyd edək ki, hazırda klubsuz olan Hamidu Keyta daha əvvəl "Qarabağ" və "Zirə"nin də formasını geyinib.